AZƏRTAC

AZƏRTAC xəbər verir ki, beş kamera-instrumental əsərin yer aldığı konsertdə Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin icraçı direktoru Günay Əliyeva bəstəkarın Azərbaycan musiqi mədəniyyətinə verdiyi əvəzsiz töhfələrdən, aldığı çoxsaylı mükafatlardan, ölkəmizi bütün dünyada tanıtmasından və bəstələdiyi bənzərsiz əsərlərdən söz açıb.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Nərminə Əliyeva rektor Fərhad Bədəlbəylinin adından bəstəkarı təbrik edərək onun musiqi mədəniyyətimizdəki xidmətlərindən danışıb.
Konsertdə səsləndiriləcək əsərlər barədə məlumat verilib.
Yubiley tədbirində ifa edilən “Methamorfosis”, “Sirius” və “Dance” əsərlər də tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
AZƏRTAC