Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Firəngiz Əlizadənin kamera-instrumental əsərləri səsləndirilib

AZƏRTAC

Laçında İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir
Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib
Tofiq Musayev: İşğaldan azad edilmiş ərazilərin minalardan çirklənməsi yenidənqurma işlərinə mane olur
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü, “Şərəf” və “Söhrət” ordenli, professor Firəngiz Əlizadənin yubileyinə həsr olunmuş musiqi festivalı çərçivəsində bəstəkarın kamera-instrumental əsərlərindən ibarət konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, beş kamera-instrumental əsərin yer aldığı konsertdə Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin icraçı direktoru Günay Əliyeva bəstəkarın Azərbaycan musiqi mədəniyyətinə verdiyi əvəzsiz töhfələrdən, aldığı çoxsaylı mükafatlardan, ölkəmizi bütün dünyada tanıtmasından və bəstələdiyi bənzərsiz əsərlərdən söz açıb.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Nərminə Əliyeva rektor Fərhad Bədəlbəylinin adından bəstəkarı təbrik edərək onun musiqi mədəniyyətimizdəki xidmətlərindən danışıb.
Konsertdə səsləndiriləcək əsərlər barədə məlumat verilib.
Yubiley tədbirində ifa edilən “Methamorfosis”, “Sirius” və “Dance” əsərlər də tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

AZƏRTAC