Milli Kitabxanada “Görkəmli satirik şair – Mirzə Ələkbər Sabir” adlı elektron məlumat bazası təqdim olunub

AZƏRTAC

Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilir
24 oktyabr BMT günüdür
Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının Bəyannaməsi qəbul edilib
Bu il böyük Azərbaycan şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyi tamam olur.
Görkəmli ədibin 160 illik yubileyinin keçirilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyinin tədbirlər planına müvafiq olaraq, Milli Kitabxanasında “Görkəmli satirik şair – Mirzə Ələkbər Sabir” adlı elektron məlumat bazası hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası “Prezidentin sərəncamı”, “Həyat və yaradıcılığı”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər M.Ə.Sabir haqqında”, “Əsərləri”, “Haqqında”, “Sabir və incəsənət”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.
Elektron məlumat bazasında Mirzə Ələkbər Sabirin müəllifi olduğu kitablar, haqqında yazılan kitab və məqalələr, tədqiqat işləri, fotolar, portretlər, əsərlərinə çəkilmiş miniatürlər, hazırlanan filmlər yer alıb.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/M.E.Sabir/index.html linkindən istifadə edə bilərlər.

AZƏRTAC