Milli Məclisdə Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı mövzusunda ictimai dinləmə keçiriləcək

Bakı-Qroznı reysi ilə uçan təyyarə qəza enişi edib
Prezident İlham Əliyev Fələstinin xarici işlər nazirini qəbul edib
Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirakı ilə Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib

Dekabrın 6-da Milli Məclisdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda ictimai dinləmə keçiriləcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Gənclər və idman komitəsinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə azərbaycanlıların indiki Ermənistandan – öz dədə-baba yurdlarından kütləvi şəkildə didərgin salınması ilə bağlı həqiqətlərin, burada qalan mədəni irsimizin, tariximizin öyrənilməsi işində və Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Dinləmədə Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının üzvləri, dövlət orqanlarının təmsilçiləri, hüquqşünas alim və tədqiqatçılar, gənclər təşkilatlarının, QHT-lərin nümayəndələri və ekspertlər iştirak edəcəklər.

AZƏRTAC