İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi olub

SHXÇDX: Prezident İlham Əliyevin çağırışına səs verən minlərlə gənc müvafiq qaydada qeydiyyata alınırlar
Hazırda ölkə ərazisindəki satış müəssisələrinin depolarında yetərincə tibbi maska var
İçərişəhərdə növbəti sərgi Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunacaq

Fevralın 19-da Türkiyə Respublikası Prezidentinin Sarayında – Külliyedə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəldi.

Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edildi.

Sonra rəsmi foto çəkdirildi.

President.az