Ağdərə, Ağdam, Xocalı, Cəbrayıl, Xocavənd və Laçında sakinlər qoyunçuluq təsərrüfatı yaradıb

Dünya üzrə məcburi köçkünlərin sayı rekord həddə çatıb
İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub
Azərbaycan bir il ərzində hökumətlərin süni intellektdən istifadəyə hazırlıq indeksində 41 pillə irəliləyib

Ağdərə, Ağdam, Xocalı, Cəbrayıl, Xocavənd və Laçın rayonlarında daha 105 sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib.

Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Bildirilib ki, verilmiş aktivlər hesabına onlar qoyunçuluq üzrə kiçik təsərrüfatlarını yaradıblar.

Xatırladaq ki, ümumilikdə işğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən artıq 1116 sakin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını qurub.

Report