Rəcəb Tayyib Ərdoğan təbii fəlakətdən zərər çəkənlərə yardım toplayan azərbaycanlını mükafatlandırıb

Bakıda “Azərbaycanla Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfrans keçirilib
“Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun”
Azərbaycanda ənənəvi sənətlər: təkəlduz, sandıqlar və qamış həsirlər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 2023-cü ilin fevral ayında baş vermiş dağıdıcı zəlzələdən sonra köhnə avtomobilinə yüklədiyi əşyalarla qardaş ölkəyə köməyə tələsən və fotosu ilə məşhurlaşan azərbaycanlı Sərvər Bəşirliyə “Vəfa Mükafatı”nı təqdim edib.

AZƏRTAC xəbər verir ki, Prezident Köşkündə baş tutan mükafatlandırma mərasimində çıxış edən ölkə başçısı bildirib ki, ədalətsizlik və münaqişələrlə dolu müasir dünya ehtiyacı olan hər kəsə kömək etməyə çalışan insanların hesabına mövcudluğunu davam etdirir.

Qeyd edək ki, Sərvər Bəşirli bu il Türkiyədə “Vəfa Mükafatı”na layiq görülən iki əcnəbidən biri olub. Digər mükafat Qəzza sakini Halid Nabyanda verilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara