Bakıda Beynəlxalq Enerji Xartiyası ölkələrinin nazirlərinin görüşü keçiriləcək

Cəbhə xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
Azərbaycan və Ermənistan dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb
Kamran Əliyev: “Sentyabrın 27-dən indiyədək 90 dinc sakin erməni terrorunun qurbanı olub”

Bakıda 2020-ci ilin sonunda Beynəlxalq Enerji Xartiyası ölkələrinin nazirlərinin görüşü keçiriləcək. 

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxış edən Beynəlxalq Enerji Xartiyasının rəhbəri Urban Rusnak deyib.

U.Rusnakın sözlərinə görə, təmsil etdiyi qurum 2020-ci ilin əvvəlində Azərbaycan hökuməti ilə danışıqlara başlayacaq: “Bizim Azərbaycanla əməkdaşlığımız təkcə bərpa olunan enerji mənbələri ilə məhdudlaşmır. Ümid edək ki, bu ilin sonuna qədər bərpa olunan enerji sahəsində işlər yekunlaşacaq. Həmçinin enerji səmərəliliyi haqqında qanun qüvvəyə minəcək. 2020-ci ilin əvvəlində Azərbaycanla müzakirələr aparılacaq”.

Report.az