Gələn il üçün ehtiyac meyarının həddi müəyyənləşib

Sabah bəzi yerlərə intensiv qar yağacaq – PROQNOZ
Prezidentin Mətbuat Xidmətinin məlumatı
İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən gələn il üçün ehtiyac meyarının həddi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində müəyyənləşdirilir.

Bu Qanun 2025-cü il yanvarın 1-dən qüvvəyə minir.

AZƏRTAC