Azərbaycan Müdafiə Nazirliyi: Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur

Zəfərin 5 yaşı
İlham Əliyev Münxendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə görüşüb
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bölmələrimizin guya təxribat törətməyə cəhd etməsi və Ermənistanın Aygepar və Movses kəndlərini D-30 toplarından atəşə tutması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.

Vaqif Dərgahlı AZƏRTAC-a bildirib ki, bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır. Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini atəşə tutublar. Mərmilər yaşayış binalarına düşüb.