Almaniyanın bir sıra xəbər portalları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimi haqqında informasiyalar yayıb.
“Lok-report.de” portalı yazır ki, yeni dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Avropa və Asiya arasında yük daşınmaları üçün alternativ marşrutun əsası qoyuldu.
“Pressetext.de”, “Walstreet-online.de“ və “Presseportal.de” veb-portallarında verilmiş məlumatlarda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avropa ilə Asiya arasında körpü rolunu oynayacağı vurğulanır. Bu dəmir yolu xətti ilə Uzaq Şərqlə Avropa arasında yükdaşımalar üçün tələb olunan vaxtın 14-18 günə qədər qısalacağı bildirilir.
Vüqar Seyidov, AZƏRTAC-ın xüsusi müxbiri
Berlin