Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb

Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib
Xaçmaz rayonunda seminar-məşğələ keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Ölkə ərazisində “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il iyulun 1-i saat 06:00-dək uzadılıb.

AZƏRTAC