Fövqəladə Hallar Nazirliyi gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib

Azərbaycan XİN: ABŞ və İran arasında elan edilmiş atəşkəsi alqışlayırıq 
Rio-de-Janeyro 2025-ci il üçün Dünya Kitab Paytaxtı elan edilib
Əli Həsənov: Növbədənkənar seçkilərin keçirilməsi haqqında Sərəncam Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 8-i səhərdən başlayaraq yanvarın 9-u səhərədək ölkə ərazisində bəzi ərazilərdə, xüsusilə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə çağırır.

Belə ki, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Həmçinin, güclü külək zamanı baş verən yanğınların söndürülməsinin mürəkkəbliyi nəzərə alınaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!