“20 Yanvar” stansiyasında törədilən terror aktından 31 il keçir

Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında qeyri-formal görüş keçirilib
Xeyriyyəçilik bu gün də var, sabah da… – “Balıq bilməsə də, Xaliq bilir”…
Brüsseldə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü keçirilib Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edib

Bakı metropolitenin “20 Yanvar” stansiyasında 1994-cü il martın 19-da erməni terrorçuları tərəfindən törədilən terror aktından 31 il keçir.

“Report” xəbər verir ki, qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb.

Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Həlak olanların arasında Azərbaycan xalq artisti Rafiq Babayev də olub.

Məhkəmə orqanları metrostansiyadakı terror aksiyasının Ermənistan xüsusi xidmət orqanlarının hazırladığını, separatçı “Sadval” ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyini sübuta yetirib.

Cinayətin törədilməsində şübhəli bilinən “Sadval” Ləzgi Milli Hərəkatının 11 üzvü həbs edilib. Onlardan ikisinə ölüm hökmü verilib, doqquz nəfər isə müxtəlif müddətə azadlıqdan məhrum edilib. Terror aktının icraçısı Oqtay Qurbanov isə partlayış zamanı ölüb.

Report