Baş nazir gələn ilin büdcə layihələri ilə bağlı qərar imzalayıb

Ceyhun Bayramov  Co Bayden tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak edib
İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktorunu qəbul edib
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib

Baş nazir Əli Əsədov 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycanın 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında qərar imzalayıb.

“Report” xəbər verir ki, qərarla “Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib.

Qərarın 1-ci hissəsində qeyd olunan layihələr “Büdcə sistemi haqqında” qanunun 12-ci maddəsində nəzərdə tutulmuş digər sənədlərlə birlikdə Azərbaycan Prezidentinə təqdim edilməsi qərarı alınıb.

Report