“Prezident Kuboku” beynəlxalq reqatasında yarışlara start verilir

Şamaxı: 5 evin tikintisi başa çatır, daha 7 ev isə inşa olunacaq
Azərbaycan İlahiyyat İnstitutu Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026″ beynəlxalq reqatasında yarışlara bu gün Suqovuşanda start veriləcək.

AZƏRTAC xəbər verir ki, avarçəkənlər 1 nəfərlik kayak və kanoe qayığı ilə 200 metr məsafəyə yarışlarda qüvvələrini sınayacaqlar. Mübarizə saat 13:00-da start götürəcək. Final mərhələsi saat 14:10-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan Su İdman Növləri Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında keçirilən “Prezident Kuboku”nda ölkəmizlə yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Yarışın son 2 mərhələsi Mingəçevirdə keçiriləcək. Reqataya mayın 1-də yekun vurulacaq.

Müxbir – Elnur Salahov

AZƏRTAC