AQTA sədri sahibkarlarla görüşəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər
Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşdırılması prosesini şərh edib
Azərbaycan XİN Qara Yanvar hadisələrinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli oktyabrın 10-u saat 15:00-da agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək.

Bu barədə AZƏRTAC-a AQTA-nın İnformaisya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı agentlik sədri ilə görüşə bilərlər.

Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla oktyabrın 9-dək qəbula yazıla bilərlər.

AZƏRTAC