Brüsseldə Aİ ölkələrinin dövlət və hökumət başçılarının Sammiti keçirilir

Prezident İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul edib
Valentina Matviyenko: Rusiya ilə Azərbaycan strateji tərəfdaşlardır
İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib

Brüsseldə Avropa İttifaqı (Aİ) rəhbərliyinin, quruma üzv ölkələrin dövlət və hökumət başçılarının Sammiti keçirilir.

AZƏRTAC xəbər verir ki, gərgin geosiyasi şəraitdə keçirilən ikigünlük iclasın əsas müzakirə mövzuları rəqabətqabiliyyətliliyin gücləndirilməsi, Aİ-nin 2028-2034-cü illər üzrə büdcəsi, Ukraynaya dəstək, Yaxın Şərqdə vəziyyət, miqrasiya və qanunsuz narkotiklərlə mübarizədir.

Tədbirdə Ukrayna Prezidenti Volodimir Zelenskinin son hərbi-siyasi proseslərlə bağlı məruzəsi nəzərdə tutulub. Gündəlikdə, həmçinin genişlənmə siyasəti çərçivəsində Ukraynanın və Moldovanın Aİ-yə üzvlük danışıqlarında ilk klasterin açılması məsələsi yer alır.

Rəqabətqabiliyyətlilik üzrə müzakirələr “Vahid Avropa, vahid bazar” gündəliyinə uyğun olaraq normativlərin sadələşdirilməsi, daxili bazarın dərinləşdirilməsi, ticarət siyasətinin inkişafı, enerji xərclərinin azaldılması və rəqəmsal transformasiya istiqamətlərini əhatə edir. Liderlər qlobal makroiqtisadi balanssızlıqların Avropanın iqtisadi sabitliyinə təsirlərini də qiymətləndirəcəklər.

Zirvə çərçivəsində Aİ-nin müdafiə hazırlığının gücləndirilməsi, şərq cinahının təhlükəsizliyi və pilotsuz uçuş aparatlarının hava məkanına qanunsuz müdaxilələri ilə bağlı məsələlər də nəzərdən keçiriləcək. Bununla yanaşı, miqrasiya sahəsində görülən işlərin icra vəziyyəti və Aİ-nin narkotiklərlə mübarizə strategiyasının icrası üzrə yekunlar müzakirə olunacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri