Xocalının Xanyurdu kəndinə daha 18 ailə köçürülüb

İtaliyada keçirilən “Bərpa həftəsi – 2021” çərçivəsində Ermənistanın mədəni irsimizə qarşı törətdiyi vəhşiliklər nümayiş olunub
Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində yeni məktəb inşa edilib
GÜRCÜSTANDA AZƏRBAYCAN DİLLİ MƏTBUAT ORQANLARININ NƏŞRİ TARİXİ- III Hissə

Oktyabrın 8-də Xocalının Xanyurdu kəndinə növbəti köç olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən xəbərə görə, ölkəmizin müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşmış 69 nəfərdən ibarət 18 ailə bu gün Xanyurdu kəndinə qayıdıb.

Rəsmilər sakinləri doğma kəndlərinə qayıdışı münasibətilə təbrik edib, yeni tikilmiş evlərinin açarlarını onlara təqdim ediblər.

Qeyd edək ki, Xanyurdu kəndində sakinlər üçün müasir standartlara uyğun fərdi evlər inşa olunub, elektrik, qaz, su təchizatı, rabitə və internet infrastrukturu tam şəkildə təmin edilib. Bu günədək Xocalı rayonunun Xanyurdu kəndinə 69 ailədən ibarət 237 nəfər keçmiş məcburi köçkün köçürülüb.

AZƏRTAC