ZÜLFİQAROV Elxan Qaçay oğlu

ALLAHVERDİYEV Namiq Müslüm oğlu
YUSİFOV Naiq Nəsir oğlu
NƏCƏFOV Fəxrəddin Vəliyəddin oğlu

(29.6.1954, Füzuli r-nunun Hoğa (Üçbulaq) k. – 5.1.1994, Füzuli r.-nunun Şükürbəyli k.) – Azərbaycanın Milli Qəhrəmanı (16.9.1994, ölümündən sonra).

29 iyun 1954-cü ildə Füzuli rayonunun Hoğa (Üçbulaq) kəndində doğulmuşdur. 1969-cu ildə Bünyad Sərdarov adına 1 saylı orta məktəbin səkkizinci sinfini bitirmiş, sonra orta təhsilini 1
saylı Yevlax şəhər orta məktəbində tamamlamışdır. 1971-ci ildə Mingəçevir Politexnik Texnikumuna qəbul olmuşdur. 1972-ci ildə Füzuli rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. 1974-cü ildə xidmətini Ukrayna Respublikasında başa vurduqdan sonra, texnikumda yarımçıq qalmış təhsilini tamamlamışdır.
O, 1975-ci ildə Novosibirsk şəhər Milis şöbəsinə təyinat alır. Burada milis baş leytenantı rütbəsinə qədər yüksəlir. Elxan Zülfüqarov 1988-ci ildə məlum Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq doğma yurdunun müdafiəsində iştirak etmək üçün bir çox həmvətənlərimiz kimi ailəsi ilə birlikdə Vətənə qayıdır.
1992-ci ildə Milli Ordu sıralarına qoşulur. Bölmə komandiri kimi Laçın, Qubadlı, Zəngilan, Füzuli bölgələrində 40-dan çox əməliyyatda iştirak edir və özünü bacarıqlı hərbçi kimi göstərir. Qısa müddətdə kapitan rütbəsinə yüksəlir. O, 702 saylı hərbi hissədə kəşfiyyat komandirinin köməkçisi vəzifəsinə təyin edilir. Erməni, rus dillərini mükəmməl bildiyinə görə dəfələrlə kəşfiyyata gedir, düşmənin mühüm strateji obyektlərinin aşkara çıxarılıb məhv edilməsində bilik və bacanğını əsirgəmir. Elxan Zülfüqarov 4 yanvar 1994-cü ildə yenidən kəşfiyyata yollanır. Onun əldə etdiyi mühüm məlumatlardan sonra rayonun 19 kəndi erməni yaraqlılarından təmizlənir, xeyli hərbi texnika və silah qənimət götürülür. Elə həmin gecə – 5 yanvar 1994-cü ildə Şükürbəyli kəndi uğrunda gedən qeyri-bərabər döyüşdə Elxan qəhrəmancasına həlak oldu.
Ailəli idi. Dörd övladı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Zülfüqarov Elxan Qaçay oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 280
***
1954-cü ildə Füzuli rayonunun Üçbulaq (Hoğa) kəndində doğulub. Beş il Ukraynada, beş il də Novosibirskdə polis sistemində işləyib. Qarabağ müharibəsində 40-dan çox döyüşdə iştirak edib. Erməni dilini yaxşı bilirdi. Qırmızı Bazar, Alxanlı, Şükürbəyli döyüşlərində igidliklər göstərmişdir. Onu “Edik” kimi tanıyan emənilər Elxanın başına mükafat qoymuşdular. İgid kəşfıyyatçı kapitan Horadiz yaxınlığındakı döyüşlərdə qəhrəmanlıqla həlak olub. Bakıda, Şəhidlər Xiyabanında dəfn olunub.
16 sentyabr 1994-cü il tarixdə Respublika Prezidentinin fərmanı ilə ölümündən sonra ona Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiəsindəki döyüşlərdə göstərdiyi şücaətə görə “Azərbaycanın Milli Qəhrənıanı” fəxri adı verilmişdir.
Ölümünün 7-ci günü ciyərparası dünyaya gəlmişdir…
Əd.: Nazim Tapdıqoğlu (Vəlişov) “Füzuli rayonu Toponimləri, tarixi abidələri, şəhidləri, görkəmli şəxsiyyətləri və ziyalıları ” (Ensiklopedik məlumat kitabı), Bakı, 2009, s. 473