Antalya Kitabxanasında Azərbaycan bölməsi açılıb

Klaypedada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib
Azərbaycan paytaxtında “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşması keçirilib
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı

Noyabrın 3-də Türkiyənin Antalya şəhərində yerləşən Mərkəzi Kitabxanada Azərbaycan bölməsinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və Antalya Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə həyata keçirilib.

Bölmənin yaradılmasında məqsəd iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da gücləndirilməsi, Azərbaycan ədəbiyyatı və tarixi haqqında məlumatların geniş oxucu auditoriyasına çatdırılmasıdır. Bölmədə klassik və müasir Azərbaycan ədəbiyyatının nümunələri, tarixi, incəsənət, musiqi və folklor sahələrinə dair kitablar yer alıb.

AZƏRTAC