Qazax rayonunda mina hadisəsi baş verib, ANAMA-nın əməkdaşı xəsarət alıb

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər
Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib
Azərbaycan Xalq Cümhuriyyəti – 106 il: Dövlət müstəqilliyi ən böyük dəyərimiz və sərvətimizdir

Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində noyabrın 17-də mina hadisəsi baș verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, agentliyin əməkdaşı 1988-ci il təvəllüdlü Samir Mübariz oğlu İmamverdiyev xidməti vəzifəsini yerinə yetirərkən piyadaəleyhinə mina partlayışı olub. Hadisə nəticəsində xəsarət alan əməkdaşın sağ ayağı topuq nahiyəsindən amputasiya edilib.

Samir İmamverdiyev Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub, vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

AZƏRTAC