Çempionlar Liqası: “Qarabağ” bu gün İtaliyada “Napoli”nin qonağı olacaq

Mövlud Çavuşoğlu: “Ermənistan şərtlərə əməl etsə, Azərbaycan və Türkiyə sərhədləri aça, münasibətləri normallaşdıra bilər”
Azərbaycanda son sutkada 4189 nəfər COVID-19-a yoluxub, 2072 nəfər sağalıb, 40 nəfər vəfat edib
Erməni işğalı nəticəsində dəymiş maddi və mənəvi zərərin hesablanması:Qubadlı rayonu

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün liqa mərhələsində növbəti oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, son ölkə çempionu V turda İtaliyada “Napoli”nin qonağı olacaq. “Dieqo Armando Maradona” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq. Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

Hər iki komanda görüşə ciddi itkilərlə çıxacaq. Meydan sahiblərinin heyətində Andre-Zambo Anqissa, Kevin De Bruyne, Romelu Lukaku, Billi Gilmor və Leonardo Spinazzola zədəli olduqları üçün oynamayacaqlar. Ağdam klubunda isə Kadi Borges və Şahruddin Məhəmmədəliyev eyni səbəbdən oyunu buraxacaqlar.

Qeyd edək ki, ilk 4 turdan sonra 7 xalı olan “Qarabağ” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. “Napoli” isə 4 xalla 24-cü sırada yer alıb.

AZƏRTAC