Növbəti köç karvanı Təzəbinə kəndinə çatıb, açarlar təqdim edilib

Şamaxı: 110 kəndin sakinləri soyqırımına məruz qalıblar
Məktəb direktorları ilə onlayn görüş keçirilib
İlham Əliyev türk dövlətlərinin Bakıda keçirilən tədbirlərdə iştirak edən nazirlərini qəbul edib

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Təzəbinə kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.

“Report”un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, bu köçlə Təzəbinə kəndinə qayıdan ailələrin sayı 126-ya (567 nəfər) çatıb.

Report