Növbəti köç karvanı Təzəbinə kəndinə çatıb, açarlar təqdim edilib

Prezident İlham Əliyevin İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans iştirakçılarına müraciəti
Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilir
Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Təzəbinə kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.

“Report”un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, bu köçlə Təzəbinə kəndinə qayıdan ailələrin sayı 126-ya (567 nəfər) çatıb.

Report