Ölkəmiz beynəlxalq simpoziumda təmsil olunub

Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul edib
2837 şəhidin 7000-dən çox ailə üzvünə pensiya, müavinət və təqaüd təyin edilib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud İstanbul şəhərində keçirilən “Beynəlxalq simpozium: Milli sarayların yüz ili” adlı beynəlxalq tədbirdə iştirak edib.

Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, tarixi-mədəni irsin qorunması, abidələrin bərpası və muzeyləşdirilməsi sahəsində beynəlxalq təcrübənin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edən simpoziumda dünyanın müxtəlif ölkələrindən gələn saray muzeyləri və tarix-mədəniyyət qoruqlarının rəhbərləri, eləcə də elm adamları iştirak edərək irs abidələrinin idarə olunması, bərpası, davamlı inkişafı, muzeyləşdirmə və muzey kolleksiyalarının qorunması mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbir çərçivəsində təşkil olunan sessiyada İdarə Heyətinin sədri “Mühafizədən təqdimata: İçərişəhərin abidələrinin muzeylərə çevrilməsi” mövzusunda çıxış edərək abidələrin qorunması, bərpası və muzeyləşdirilməsi üzrə görülən işlər və əldə olunan təcrübələr barədə məlumat verib.

Səfər çərçivəsində Rüfət Mahmud İstanbulun UNESCO Ümumdünya İrs Siyahısına daxil olan dörd tarixi abidənin idarəçiliyinə məsul olan İstanbul Tarixi Alanları İdarəsinin rəhbəri Mustafa Tural ilə görüşüb. Görüşdə qoruqların idarə olunması sahəsində təcrübə mübadiləsi və gələcək birgə əməkdaşlıq imkanları müzakirə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

AZƏRTAC