Sadiq Əliyev: Azad olunan ərazilərdə əhalinin məşğulluq səviyyəsi 92 %-in üzərindədir

XİN: Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin qurumun qətnamə layihəsinə əsassız düzəlişlər etmək cəhdləri uğursuzluqla nəticələnib
Baş nazir Əli Əsədov Bakıda keçirilən TDT-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları ilə görüşüb
Təhsil İnstitutu metodist hazırlığı üçün müsabiqə elan edir

İşğaldan azad olunan ərazilərdə əhalinin məşğulluq səviyyəsi 92 %-in üzərindədir.

“Report” xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, azad olunan ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində əhalinin məşğulluğu ilə bağlı köçdən əvvəl məşğulluq imkanları yoxlanılır:

“Hansı peşəyə sahib olduqlarını öyrəndikdən sonra işəgötürənlər tərəfindən azad olunan ərazilərdəki vakansiyalarla bağlı məlumatlar toplayırıq. Daha sonra məşğulluğun təmin olunması üzrə fəaliyyət göstəririk”.

Report