2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib

Fransalı milyarder “Notr-Dam-de-Pari” kilsəsinin bərpası üçün 100 milyon avro bağışlayıb
Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb, açarlar təqdim olunub
“Ağıllı sərhəd” layihəsinin tətbiqinə başlanılacağı tarix açıqlanıb

Gələn il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin “2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” Qərarına əsasən, gələn il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 20, 21-i Ramazan bayramı, mayın 27, 28-i Qurban bayramı günləri müəyyən edilib.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Qərarda nəzərdə tutulan günlər iş günü hesab olunmur.

AZƏRTAC