Naxçıvanda 2-ci Azərbaycan-Türkiyə regional iqtisadi forumu keçirilir

Məcburi köçkünlərin Abşeron rayonunda yeni istifadəyə verilmiş yaşayış kompleksinə köçürülməsi prosesinə başlanılıb
Ədliyyə Nazirliyi: 3 min 846 məhkum barəsində amnistiya aktı tətbiq olunub
İƏT-ə üzv dövlətlər Düşənbə Bəyannaməsini qəbul edib

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Naxçıvanda 2-ci Azərbaycan-Türkiyə regional iqtisadi forumu keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, forum iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Forumda Naxçıvanın və Türkiyənin Qars, İğdır, Ardahan vilayətlərinin dövlət və özəl sektor nümayəndələri iştirak edirlər.

Forum çərçivəsində təqdimatlar və B2B görüşləri keçiriləcək.

AZƏRTAC