ƏZİZ VƏTƏNDAŞLAR!
27 Nisan 1920-ci ilində Qızıl Kreml Azərbaycan İstiqlalını qanlar içində boğdu.
Bu gün, Azərbaycanın ən qara günüdür. Bu gün 1918-ci il 28 Mayıs İstiqlal günəşinin quzeydən gələn qara buludlarla örtüldüyü gündür.
Dəhşətli bir əsarətin ifadəsi olan 27 Nisan yalnız Azərbaycanın deyil, bütün Qazfas və türk – müsəlman dünyasının matəm günüdür. Sovet əsarəti altında keçən bu otuz üç il millətimizin ömründən gedir, qəlbibib bir hissəsini söküb götürür. Bu məşum gündə millətimizin və sovet əsri başqa xalqların ürəyi ancaq biricik arzu ilə doludur: o da hürriyət və istiqlal arzusudur, sülh arzusu, ən böyük nemət olan azad əmək, hüryaşayış, şəxsi hürriyət arzusu! Sovet diktatorları 1920-ci ildə gənc, gözəl, gülər üz, mərd, türk – müsəlman dünyasında ilk demokratik cümhuriyyət olan vətənimizi cəbrən işğal etdilər.
Azərbaycanın zəbti, bolşeviklərə xeyli qan və qeyrət sərfinə mal oldu, çünki cəbri sovetləşdirmədən əvvəl Azərbaycanda, Azəri – türklər arasında komunist məfkurəsinə meyl etmiş olan- lar heç yox kimi idi. Hətta 26 Bakı komissarları, yəni cəlladları içində Məşədi Əzizbəyovdan başqa bir Azəri türk bulunmurdu.
Bolşeviklər bizim məmləkətimizdə Qızıl Ordu zorbalıqları, çekistlərin işgəncə və qətliamları, cəbri kollektivləş- dirmə, arası kəsilməyən sürgünlər, dinin küfranə və milli mədəniyətin ayaqlar altında çeynənməsi şəklində təcəlli edən bir komunist diktatorluğu qurdular. Məmləkətimizi
müstəmləkəyə çevirərək, komunizm üçün bir təcrübə sa si halına gətirdilər və vətəndaşlarımızla bitməz – tükən sərvətlərimizi də bütün bəşəriyətə komunizm vəhşətini ya maq üçün istismar edirlər. Biz Azəri türklər, böylə caniyanə bir məqsəd üçün k nüllü olaraq tək bir quruş para, tək bir damla Azəri qanı ve məzdik.
Azərbaycan xalqının yaradıcılıq qüvvəti namütəna (sonsuz) olduğu qədər, vətənimizin sərvəti də namütənah dır. Buna baxmayaraq millətimiz acınacaqlı bir haldadır
Hürriyət aşiqi qəhrəman Azəri türkləri buna dözə bilmaz lərdi: İnsanın şəxsiyətini öldürən, insan fikriyatına və vicda nına təhəqqüm(zülm) edən, insanı istismar üçün bir materia halına salan, elm və sənət azadlığını yox edən, azad düşünən ziyalıları işgəncəyə tabe edən, insanları yarıçılpaq kölələr hal na gətirən komunizmə qarşı aramsız üsyanlar çıxardılar.
Bütün bu üsyanları bolşeviklər qan dəryası içində boğdular İkinci Dünya hərbindən sonra, kütlə halindəki həbslər, sürgünlər və qətliamlar yerinə, bu dəfə türk müsəlman xalqlarının topdan cismən və ruhən imhasını(məhrvini) qaim qıldılar. Amma bu il, Azərbaycanın bu qara günündə biz Azəri türklərinin və sove əsiri bütün millətlərin ürəyini ümidlərlə dolduracaq m mühüm vəqalar(hadisələr) olmuş. Amerika başda olaraq Hür(azad) Dünya sovet imperializminə qarşı vahid bir cəbhə qurmuşdur. Hür xalqlar, hürriyət demokrasi bayrağı altında daha birləşirlər. Yeni il ərəfədində olduğu kimi, Amerika xalq iradəsi yenə də Prezident Eyzenhauerin nitqində bütün açıql ilə hər insana bildirildi. Bu iradə hürriyət uğrunda, zorbalıq təcavüzkarlıq siyasətinə sor kimi, hürriyətləri uğrunda çarpışan millətlərin mənəviyatın Bu iradə, sovet imperialistlərində qorxu və kin yaratdu son veriləcəyinə hər insanı inandırır.
Yüksəldir və bolşevizm üzərində nihai zəfərə qaldırır.
Bu iradə bizlərə, Siz vətəndaşlarımızın qurtuluşu uğurunda savaşan qardaşlarımıza da mənəvi qüvvət verir. Biz, Amerika təşkilatları tərəfindən qurulmuş və və “Hamını qur tarmaq, hamıya hürriyət” şüarı altında sovet imperializmi əleyhinə mücadilə yürüdən Amerika komitəsi ilə iş və savaş birliyi qurmuşuz.
Hür dünyada mövcud olan ictimai antikomunist təşkilatlarla iş birliyimiz, hür xalqların, sovet əsiri xalqlarla qurulmaqda olan ittifaqının təməlidir.
Sovet istibdadının(zülmünün) ölümünü mən bu ittifaqda görürəm. Bu gün də, məzkur(adı qeyd olunan) Amerika komitəsinin yardımı ilə qurulmuş “Azadlıq” radiosu vasitəsilə Sizə müraciət edirəm.
Eyni zamanda bütün hür dünyadan və xüsusən hür müsəlman döylətlərindən rica edirəm ki, Kremlin qurbanı olan bütün türk müsəlmanların müdafiəsi lehinə səsləri- ni yüksəltsinlər. Ümumiyətlə, bolşevizm məhkumu bütün xalqlar məsələsini, bilxassə(xüsusilə) türk müsəlman xalqları məsələsini Birləşmiş Millətlər Təşkilatı qarşısına qoysunlar.
Mən əminəm ki, Hür(azad) Dünya xalqları ilə sovet məhkumu xalqların dostluğu komunizm istibdadına(zülmünə) son verəcək və bütün dünya xalqlarını səadət və rifaha qo- vuşduracaqdır. Vətənimizin üfüqlərində İstiqlal günəşi doğacaqdır! Bu günəşin altında Azəri türkləri ilham dolu ürəklə yaşayacaq və yaradacaqlar.
Yaşasın Azad və müstəqil Azərbaycan!
Yaşasın Azəri Türk Milləti!
“Azərbaycan” dərgisi, Münhen,nisan(aprel) 1953-cü il:3, sayı: 11, səh. 1-2.
Red.: Müəllif mühacirətdə yazılarını “Ə.Şeyxülislamzadə” olaraq təqdim edib.
Nəsiman Yaqublu, tarix elmləri doktoru, professor
QƏRBİ AZƏRBAYCANLILAR: UNUDULMUŞ İRS