Azad edilmiş ərazilərdə elektron kadastr sisteminin tətbiqi istiqamətində intensiv iş aparılır

Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub 
Məcburi köçkünlərin Abşeron rayonunda yeni istifadəyə verilmiş yaşayış kompleksinə köçürülməsi prosesinə başlanılıb
Azərbaycan iqtisadiyyatı 4,7 faiz böyüyüb

Elektron kadastr sisteminin tətbiqi istiqamətində hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində işlər intensiv şəkildə davam etdirilir.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin baş mühəndisi Çingiz Tanrıverdiyev Türk Dövlətləri Təşkilatının Xəritəçəkmə Qurumları Rəhbərlərinin 2-ci Toplantısında deyib.

Onun sözlərinə görə, layihənin 2026-cı ilədək tamamlanması planlaşdırılır.

Report