Bakıda Azərbaycanın və İranın xarici işlər nazirləri arasında görüş olub

Kamran Əliyev: “Sentyabrın 27-dən indiyədək 90 dinc sakin erməni terrorunun qurbanı olub”
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfrans keçirilib
Azərbaycanda buster doza üzrə vaksinasiya olunanların sayı 411748 nəfərdir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 8-də iranlı həmkarı Seyid Abbas Əraqçi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, nazirlər əvvəlcə təkbətək görüşüblər. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Görüşlər zamanı iki ölkə arasında mehriban qonşuluğa, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin mövcud gündəliyi və inkişaf perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Nazirlər siyasi məsləhətləşmələrdən tutmuş birgə dövlət komissiyasına qədər mövcud institusional mexanizmlərin, həmçinin geniş müqavilə-hüquq bazasının Azərbaycan–İran münasibətlərinin sabit və davamlı inkişafı üçün mühüm əsas yaratdığını vurğulayıblar. Qeyd olunub ki, tərəflər bu münasibətlərin daha da gücləndirilməsinə sadiqdirlər.

Söhbət zamanı BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunulub. Bundan əlavə, Azərbaycan–Ermənistan normallaşma prosesi, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və quruculuq işləri ilə bağlı fikir mübadiləsi aparılıb.

AZƏRTAC