İranın XİN rəhbəri Moskvaya səfər edəcək

GÜRCÜSTANDA AZƏRBAYCAN DİLLİ MƏTBUAT ORQANLARININ NƏŞRİ TARİXİ- I Hissə
Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 2,5 milyon sərnişinə xidmət göstərib
“Azərbaycan tarixinin zəfər salnaməsi” kitabı çapdan çıxıb

İranın xarici işlər naziri Abbas Əraqçi dekabrın 17-si Moskvaya səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Rusiya XİN-i məlumat yayıb.

“Səfər zamanı onun Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqları planlaşdırılıb”, – bəyanatda deyilib.

Həmçinin qeyd olunub ki, tərəflər İran nüvə proqramı ətrafında vəziyyət də daxil olmaqla, aktual beynəlxalq problemləri ətraflı müzakirə etmək, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlərlə bağlı fikir mübadiləsi aparmaq niyyətindədirlər.

Report