Sumqayıtda Uşaq Paralimpiya Oyunları təşkil olunacaq

Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin iclasları keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb

Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində Uşaq Paralimpiya Oyunları keçiriləcək.

“Report” xəbər verir ki, dekabrın 20-də baş tutacaq yarışda 130 uşaq 8 idman növü (paracüdo, parataekvondo, parapauerliftinq, paraüzgüçülük, parabadminton, parastolüstü tennis, parakamandan oxatma, boccia) üzrə müxtəlif kateqoriyalarda mübarizə aparacaq.

Uşaq Paralimpiya Oyunlarının keçirilməsinin əsas məqsədi əlilliyi olan şəxslərin idmana cəlb olunması ilə Azərbaycanı beynəlxalq idman arenalarında layiqincə təmsil edəcək yeni idmançı nəslinin formalaşdırılmasıdır.

Report