Köç karvanı Xocalının Badara, Daşbulaq, Ağdərənin Vəngli və Kolatağ kəndlərinə çatıb

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb 
Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib
Sumqayıtda Bayraq Muzeyinin açılışı olub

Dekabrın 22-də Xocalının Badara, Daşbulaq, Ağdərənin Vəngli və Kolatağ kəndlərinə yola düşən növbəti köç karvanı ünvana çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Daşbulaq kəndinə 4 ailə – 11 nəfər, Badara kəndinə 15 ailə – 66 nəfər, Vəngli kəndinə 6 ailə – 14 nəfər, Kolatağ kəndinə isə 7 ailə – 31 nəfər keçmiş məcburi köçkün qayıdıb. Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, bu gün doğma yurdlarında başlanan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

AZƏRTAC