Bakıda ATƏT sədri ilə danışıqlar zamanı Qarabağ münaqişəsi müzakirə olunub

Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşü keçirilib
Baş Nazirin müavini Dağlıq Qarabağla bağlı beynəlxalq təşkilatlara çağırış edib
Ermənistanın işğalçı siyasətini ifşa etməliyik

“Görüş zamanı Azərbaycanla ATƏT arasındakı əməkdaşlıq məsələlərini, habelə Dağlıq Qarabağmünaqişəsinin həlli ilə bağlı müzakirələr apardıq”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

“Gələn həftə Miroslav Layçak İrəvana gedib Ermənistan rəhbərləri ilə də Dağlıq Qarabağ məsələsini müzakirə edəcək. Biz artıq bir neçə dəfə görüşmüşük. Razılığa gəlmək yollarını müzakirə etməliyik”, – deyən azərbaycanlı nazir bu münaqişə ətrafında status-kvonun yolverilməz olduğunu ATƏT-in Minsk qrupu həmsədrlərinin də dəfələrlə dilə gətirdiklərini xatırladıb.

E.Məmmədyarov sülhün bərqərar olunmasının hər iki tərəfin xeyrinə olacağını diqqətə çatdırıb.