Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi ilə görüşüb

Bakıda “Uşaq müdafiəsi sahəsində dövlət qurumları və vətəndaş cəmiyyətinin dialoqu” mövzusunda tədbir keçirilib
ABŞ-da baş verən qasırğa nəticəsində həlak olanların sayı 45 nəfərə çatıb
Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilib

Dekabrın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (ICDO) Baş katibi Ərgüc Kələntərlini qəbul edib.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov cari ildə Bakı şəhərində keçirilmiş Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası çərçivəsində ilk dəfə olaraq ölkəmizin nümayəndəsi kimi Ərgüc Kələntərlini Təşkilatın Baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, bu seçimin Azərbaycanın beynəlxalq nüfuzunun və mülki müdafiə sahəsində artan rolunun göstəricisi olduğunu vurğulayıb.

Görüşdə mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təbii və texnogen fəlakətlərə qarşı mübarizə, humanitar yardımlar sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Baş katib görüş zamanı təşkilatın fəaliyyəti, prioritet istiqamətləri və planları barədə ətraflı məlumat verib.

AZƏRTAC