Azərbaycan və Qazaxıstan Baş nazirləri AZAL-ın təyyarəsinin qəzasının birinci ildönümündə bir-birilərinə başsağlığı veriblər

Azərbaycanın qeyri-neft ixracı bu il rekord vuracaq
Əziz Səncər: Qarabağ Zəfəri Türkiyənin Qurtuluş savaşından sonra türk dünyasının ən önəmli zəfəridir
COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub

Dekabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının birinci ildönümü ilə bağlı bir-birilərinə başsağlığı veriblər.

Nazirlər Kabinetindən AZƏRTAC-a verilən məlumata görə, telefon danışığı zamanı Ə.Əsədov həmin faciəvi günlərdə hərtərəfli dəstəyə görə qardaş Qazaxıstanın hökumətinə və xalqına təşəkkürünü bildirib.

Hökumət başçıları bir-birilərinə, həlak olan şəxslərin ailə üzvlərinə və yaxınlarına, həmçinin hər iki ölkənin xalqına başsağlıqlarını ifadə ediblər.

AZƏRTAC