Baş nazir Əli Əsədov AZAL təyyarəsinin qəzasının birinci ildönümündə həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət edib

Bu dövlət qurumlarında aylıq vəzifə maaşları artırıldı – SƏRƏNCAM
Mərkəzi Seçki Komissiyasında parlament seçkilərinin başlamasına dair mətbuat konfransı keçirilib
Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1552-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının birinci ildönümündə hadisənin səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının sədri, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 25-də İkinci Fəxri xiyabana gələrək həyatlarını itirən Milli qəhrəmanlar Hökumə Əliyeva, İqor Kşnyakin və Aleksandr Kalyaninovun məzarlarını ziyarət edib.

Ə.Əsədov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev qəzada həlak olan ekipaj üzvlərinin məzarlarına gül dəstələri qoyublar.

AZƏRTAC