Bakıda Amerika Birləşmiş Ştatlarının Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub

Bakıda “Xocalı: Səssizlərin səsi Reza Deqatinin obyektivində” adlı fotosərgi keçirilir
ABŞ-ın Pitsburq şəhərində 28 may Azərbaycan Günü elan edilib
“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası Cəlilabad rayonunda təşkil olunacaq

Fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-ın Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Vitse-prezident Cey. Di. Vensə raport verdi.

Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Vitse-prezident Cey. Di. Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin qarşısından keçdi.

Sonda rəsmi foto çəkdirildi.

president.az