Avroparlament Ukraynaya 90 milyard avro məbləğində krediti təsdiqləyib

Azərbaycan Avropa Şurasının Antidopinq Konvensiyasının tədbirində təmsil olunub
Almaniyanın “GEO” jurnalı: “Bakı – xəyallar şəhəri”
İşğaldan azad olunmuş ərazilərdə yaşıl və dayanıqlı bərpa üçün yeni tədqiqat layihəsi təqdim edilib

Avropa Parlamenti Ukraynaya 2026-2027-ci illər üçün 90 milyard avro məbləğində krediti təsdiqləyib, bunun da 60 milyardının müdafiə məqsədlərinə xərclənməsi planlaşdırılır.

“Report” xəbər verir ki, bu, səsvermənin nəticəsindən məlum olub.

Avropa Komissiyasının müvafiq təklifi 458 səslə təsdiqlənib, 140 sədr əleyhinə səs verib, 44 nəfər isə səs verməyib.

Avropa Parlamentinin iclas materiallarında bildirilib ki, 2025-ci il oktyabrın 23-də 26 üzv dövlət Avropa Komissiyasına Ukraynaya maliyyə dəstəyi ilə bağlı təklifi mümkün qədər tez təqdim etməyi tapşırıb.

Kredit Avropa İttifaqının (Aİ) maliyyə bazarlarından topladığı vəsaitlər hesabına maliyyələşdiriləcək, bununla yanaşı, kredit üzrə faizlərin Aİ-nin büdcəsindən qarşılanması planlaşdırılır.

Report