QAİ Avropa Şurasının komissarını azərbaycanlıların Ermənistana qayıdış hüququna dəstək verməyə çağırıb

İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
Vətən müharibəsinin xronikası: 28-ci gün

Qərbi Azərbaycan İcması (QAİ) Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Maykl Oflahertini Ermənistana qayıdış hüququna dəstək verən ictimai bəyanatla çıxış etməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, M.Oflahertinin Ermənistana etdiyi səfərə dair yayılmış məlumatda Azərbaycanın Qarabağ bölgəsindən könüllü köçüb getmiş ermənilərin qayıdış hüququ xüsusi olaraq vurğulanıb:

“Bu xüsusda qeyd etmək istərdik ki, Qərbi Azərbaycan İcması əvvəllər bir neçə dəfə Avropa Şurasının müxtəlif təsisatlarına müraciət ünvanlasa da, nədənsə onlar bizim Ermənistanda öz dədə-baba yurdlarımıza qayıdışımızla bağlı mövqeyini ifadə etməyiblər. Qərbi Azərbaycan İcması Avropa Şurasının insan hüquqları üzrə komissarını sələflərinin, eləcə də Avropa Şurası Parlament Assambleyasının səhvlərini təkrar etməməyə, insan hüquqlarına münasibətdə ayırıcı xətt çəkmək siyasətindən əl çəkməyə və bizim Ermənistana qayıdış hüququmuza dəstək verən ictimai bəyanatla çıxış etməyə çağırır”.

Report