Azərbaycanın Ermənistana yanvardakı ixracının ümumi dəyəri açıqlanıb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Strasburqda Azərbaycan icması ilə görüşüb
MM əmlak həbsi ilə bağlı mübahisələrin məhkəmədə həllini ilk oxunuşda qəbul edib
Tbilisidə VI Cənubi Qafqaz Təhlükəsizlik Forumu keçirilir

Bu ilin yanvar ayında Azərbaycan Ermənistana 2 milyon 403,6 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, Azərbaycanın ümumi ixracının 0,1 %-ni təşkil edib.

Ötən ay Ermənistandan Azərbaycana ixrac həyata keçirilməyib.

Ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib. Daha sonra bu il yanvarın 9-da Ermənistan Azərbaycandan 1 742 ton “Aİ-95” markalı benzin və 956 ton dizel, yanvarın 11-də isə 979 ton “Aİ-92” markalı avtomobil yanacağı idxal edib.

Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 30,5 % azdır.

Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.

Son nəticədə xarici ticarətdə 934 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,3 % azdır.

Report