
Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra böyük əhəmiyyət kəsb edən əsas məsələlərdən biri tarixi ərazilərimizdə mədəni-mənəvi suverenliyimizin təmin edilməsi, dini-mənəvi müstəvidə ədalətin bərpa olunmasıdır. Xüsusilə Qarabağa, Zəngəzura, Qərbi Azərbaycan torpaqlarına qayıdışın çox müstəsna əhəmiyyəti vardır və bu işdə biz din xadimlərinin də üzərinə müəyyən vəzifələr düşür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Qərbi Azərbaycan İcması (QAİ) ilə birgə keçirilən tədbirdə deyib.
O bildirib ki, 2022-ci ildə Qərbi Azərbaycan İcmasının təsis edilməsi Prezident İlham Əliyevin uzaqgörən dövlətçilik siyasətinin parlaq təzahürü olmaqla yanaşı, erməni kilsəsinin və diasporunun hələ də davam edən revanşist çağırışlarına və qərəzli ittihamlarına verilən ən təsirli cavab idi.
AZƏRTAC