UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün Bakıda “Nyukasl”la qarşılaşacaq

Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya
COP29-un “iqlim və sülh bağlantısı” gündəliyi beynəlxalq humanitar ictimaiyyət tərəfindən təqdir edilib
Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu bu gün keçirəcək.

“Report”un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq.

Oyun Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Matçın baş hakimi norveçli Espen Eskos olacaq.

Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.

Report