ANAMA-nın əməkdaşı Xocalıda minaya düşüb

Xəbərdarlıq: Bank kartlarına müdaxilə varsa, dərhal 102-yə məlumat verin
COVID-19 pasportu satanlarla yanaşı onu istifadə edən şəxslər də cinayət məsuliyyəti daşıyır
Elxan Süleymanov: “Yeni ensiklopediyamızı Heydər Əliyevin xatirəsinə ithaf edəcəyik”

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Vasif Fizuli oğlu Çobanov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.

“Report” xəbər verir ki, hadisə fevralın 18-də işğaldan azad edilmiş Xocalı rayonunun Muxtar kəndi ərazisində qeydə alınıb.

Bildirilib ki, ANAMA-nın əməkdaşı hadisə nəticəsində sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb. V.Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Report