Köç karvanı Xocavəndə çatıb 

Vətən müharibəsinin xronikası: 29 sentyabr
Tokio-2020: Paralimpiadada daha 12 nəfər koronavirusa yoluxub
Prezident İlham Əliyev Bakının Xəzər rayonunda “Buzovna-1” yarımstansiyasının açılışında iştirak edib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük qayıdış” davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocavənd şəhəri və Xocavənd kəndinə ilk köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

İlk mərhələdə Xocavənd şəhərinə 50 ailə – 194 nəfər, Xocavənd kəndinə isə 20 ailə – 94 nəfər köçürülüb.

Şəhər və kənddə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.

Doğma yurda dönən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

AZƏRTAC