Xankəndidə Vüqar Həşimovun xatirəsinə həsr olunan 11-ci şahmat turnirinə start veriləcək

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib
Tbilisidə gənc azərbaycanlı rəssamın sərgisi açılıb
Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılışı olub

Bu gün Xankəndidə mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 11-ci Vüqar Həşimov Memorialı start götürəcək.

AZƏRTAC xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə 6 şahmatçı rapid və blits yarışlarında mübarizə aparacaq.

Zəka sahiblərindən Yan Nepomnyaşi (FIDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı 2 dövrədə qüvvələrini sınayacaqlar.

Turnirə dekabrın 11-də yekun vurulacaq.

Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə keçirilib. 2023-cü ildən isə turnir FIDE dünya çempionatının seçmə mərhələsi statusunu alıb.

AZƏRTAC