WUF13 ilə bağlı rəsmi internet səhifəsi təqdim edilib

Gəncədə erməni terroru nəticəsində dağılan məktəblərin istifadəyə veriləcəyi tarix açıqlanıb
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə keçirilən III MDB Oyunlarının təntənəli açılış mərasimini izləyiblər
Gürcüstan azərbaycanlılarının xüsusi mənəvi atmosferə, daxili düzənə malik Qaraçöp mahalı- I Hissə

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında WUF13 ilə bağlı rəsmi internet səhifəsi təqdim edilib.

AZƏRTAC xəbər verir ki, “WUF13 Azərbaycana açılan rəqəmsal pəncərə” şüarı ilə təqdim olunan platforma tədbirə ev sahibliyi edən ölkə kimi Azərbaycanın turizm imkanlarını, mədəni irsini və müasir infrastrukturunu əks etdirir.

Yeni internet səhifəsində forum haqqında ətraflı məlumat, qeydiyyat bölməsi, proqram cədvəli və iştirakçılar üçün zəruri yeniliklər yer alır. Platforma müasir dizayn, rahat naviqasiya və istifadəçi dostu interfeys ilə seçilir, mobil cihazlara tam uyğunlaşdırılıb.

Saytın “Media” bölməsində rəsmi xəbərlər, press-relizlər, foto və video materiallar təqdim olunur. Bu bölmə media nümayəndələri və ictimaiyyət üçün operativ informasiya mənbəyi rolunu oynayır.

Eyni zamanda, səhifədə dayanıqlılıq prinsipləri və müyəssərlik imkanları da diqqət mərkəzində saxlanılıb. Əlçatan dizayn həlləri və inklüziv funksiyalar bütün istifadəçilər üçün bərabər çıxış imkanı yaradır.

AZƏRTAC