Azərbaycanda “kağızsız hökumət”ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan nadir xalça aşkara çıxarılıb
Milli parklar yanvarın 22-dən öz qapılarını ziyarətçilərin üzünə açır

Azərbaycanda dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin tam rəqəmsallaşdırılması və “kağızsız hökumət”ə keçid 2028-ci ilin iyul ayında başa çatdırılacaq.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, dövlət qurumlarının daxili biznes proseslərinin azı 80 %-nin (maliyyə, insan resursları, satınalma) təhlili, müəssisə resurslarının planlaşdırılması (MRP) və rəqəmsal iş axını üçün vahid texniki meyarların təsdiq edilməsi planlaşdırılır.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.

Report